Əliyev-Ərdoğan görüşünün PƏRDƏARXASI: Nələr müzakirə edilib? backend

Əliyev-Ərdoğan görüşünün PƏRDƏARXASI: Nələr müzakirə edilib? 

Hazırda Türkiyədə 4-cü Antalya Diplomatik Forumu keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev forumda iştirak etmək üçün Türkiyədə səfərdədir. Qardaş ölkədə Əliyev Türkiyə lideri Ərdoğanla görüş keçirib. Bəs görüşdə hansı mövzuların müzakirəsi mümkündür? Bu görüş hansı perspektivlər vəd edir?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Aytən Qurbanova bildirib ki, dövlət başçıları arasında təşkil olunacaq görüşdən gözləntilər kifayət qədər yüksəkdir:

Qeyri-dost dövlətlərin sülhə töhvə verəcəyi real görünmür"

“Həm Türkiyə, həm də Azərbaycanın qlobal və regional proseslərdə rolu hər gün daha da artır. Hazırda biz regionda yüksək təsir mexanizmlərinə sahib ölkələr kimi çıxış edirik. Müzakirə olunacaq məsələlər sırasında təkcə Cənubi Qafqazda cərəyan edən proseslər və Ermənistan-Azərbaycan sülh danışıqları yox, həm də Orta Şərqdə baş verən proseslər, Rusiya-Ukrayna müharibəsi konteksində davam edən atəşkəs məsələləri yer alacaq. Hər iki dövlət arasında ikitərəfli münasibətlər, çoxtərəfli əməkdaşlıqlar, eyni zamanda Türk dünyası ilə əlaqələrin inkişaf etdirilməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində atılacaq addımlar iki dövlət başçıları arasında müzakirə ediləcək mövzular sırasında ola bilər.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*