Əliyev-Paşinyan görüşündə yalnız BU MÜZAKİRƏ EDİLƏCƏK – Mnatsakanyandan AÇIQLAMAbackend

Əliyev-Paşinyan görüşündə yalnız BU MÜZAKİRƏ EDİLƏCƏK - Mnatsakanyandan AÇIQLAMA

Tam aydındır ki, Nikol Paşinyan Azərbaycan lideri ilə görüşdən qorxur. Ermənistan tərəfi açıq-aydın anlayır ki, bu görüş zamanı rəsmi İrəvan luzer kimi görünəcək.

KONKRET.az xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Romella Mnatsakanyan bölüşüb.

Onun sözlərinə görə, bir neçə gün əvvəl İlham Əliyev ispan mətbuatına müsahibəsində artıq bildirib ki, Paşinyanın hazır olacağı təqdirdə istənilən vaxt danışıqlar aparmağa hazırdır:

“Artıq hamıya aydındır ki, görüş zamanı Ermənistan tərəfi Bakıdan praktiki olaraq heç nə tələb edə bilməyəcək. Nikol yalnız Azərbaycanın maraqları naminə görüşə yollanacaq. Görüşdə “erməni hərbi əsirlər” və ya Gorus-Qafan yolundakı Azərbaycan gömrük postlarının ləğvi ilə bağlı məsələlər müzakirə olunmayacaq.

Əslində, Əliyevin Paşinyanla görüşündə Sovet xəritələri üzrə sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi müzakirə ediləcək, vəssalam… Bu görüş Ermənistan üçün yeni itkilərlə nəticələnəcək və ölkəmizin rəhbərliyi bunu çox gözəl başa düşür”, – deyə erməni ekspert qeyd edib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*