“Əliyev qələbəni təmin etmək üçün iki vacib addım atmışdı” – “Bu çox ciddi zəhmət və resurs tələb edirdi”backend

“Əliyev qələbəni təmin etmək üçün iki vacib addım atmışdı” – "Bu çox ciddi zəhmət və resurs tələb edirdi"

Rus hərbi ekspert Mixail Xodarenko “Gazeta.ru” saytına müsahibəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfər qazanmasının səbəbləri barədə bəzi fikirlər səsləndirib.

KONKRET.az-ın məlumatına görə, kspert qeyd edib ki, müharibədə Azərbaycanın qələbə qazanmasında “Bayraktar TB2”nin hər nə qədər rolu olsa da, hərbi-siyasi rəhbərliyin verdiyi dəqiq qərarların bir o qədər rolu böyük olub.

M. Xodarenoko iddia edib ki, ermənilər birinci müharibədən qalib çıxdıqdan sonra uğurdan başları gicəlləndi.

Onlar elə zənn etdilər ki, daha Azərbaycan onlara qarşı heç bir addım atmayacaq və həmişə vəziyyət belə qalacaq. Onların bu hərəkəti daha çox özlərinə qarşı “qəddar təlxəklik” idi. Amma unudurdular ki, Bakı məğlubiyyəti onlara bağışlamayacaq”,-deyə hərbi ekspert vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyev qələbənin təmin edilməsi üçün iki vacib addım atmışdı:

“Birincisi, o gələcək siyasi hədəflərini həyata keçirmək üçün Azərbaycanın ordusunu qura bilmişdi. Bu çox ciddi zəhmət və resurs tələb edirdi.

İkincisi, Əliyev Türkiyənin dəstəyini almağa nail olmuşdu. Bütün mənalarda Ankara bu gün regional liderdir”.

Mixalil Xoderenkonun sözlərinə görə, Paşinyan və Ermənistan hakimiyyətinin üzvləri isə Bakının bu hərəkətlərinə dırnaqarası baxırdılar:

“Elə bu səbəbdən də ordunun gücləndirilməsi və döyüş qabiliyyətinin artırılması istiqamətində heç bir addım atmırdılar. Ermənistan müharibə olarsa, müttəfiqlərinin ona kömək edəcəyini, qısa müddətdə döyüşləri dayandıracağına inanırdı. Lakin Qərb Ermənistandan uzaq dayandı. Rusiya isə son dönəmlər İrəvanın nazı ilə oynamaq fikrində deyil. Həmçinin Kreml bu oyunlara qatılmaq istəmir. Bir də ki, Rusiya açıq bəyan edir ki, həm Ermənistan, həm də Azərbaycan onun tərəfdaşıdır”.

Hər ekspert bildirir ki, Azərbaycan son müharibədə qələbəni daddı.

“Bunun hansı dərəcədə əhəmiyyətli olduğunu ifadə etmək çox çətindir. Ona görə də, Azərbaycan Qarabağın statusu məsələsini müzakirə belə etmək istəmir. Üstəlik, İlham Əliyev bəyan edib ki, bu məsələ gündəlikdə yoxdur. Vəziyyət belədir ki, Qarabağ münaqişəsi ilə bağlı məsələyə yekun nöqtə qoyulmayıb. Çünki hazırda Qarabağda 2000-dən artıq rus sülhməramlısı var. Moskvanın onları növbəti 5 ildə oradan çıxarmaq fikri yoxdur. Onların orada nə qədər qalacağı da bəlli deyil”,-deyə o əlavə edib.

M.Xodarenko vurğulayır ki, Ermənistanın ən ağrılı yeri özünün hərbi hava qüvvələrinin olmamasıdır: “Misal olaraq bildirim ki, hər bir ölkənin havadan müdafiə olunması üçün orta hesabla 100 döyüş aviasiyası olmalıdır. Bir təyyarənin qiyməti isə 120-150 milyon dollardır. Üstəlik, bu təyyarələrin ən azı 30 sutka döyüş təcrübəsi olmalıdır. Buna isə 15 milyard dollar pul lazımdır ki, Ermənistan həmin vəsaiti tapa bilməz”.

Ekspertin sözlərinə görə, Azərbaycan yeni ordu qurmaq üçün həm maddi, həm də digər reurslar baxımından geniş imkanlara malikdir: “Və hazırda atdılqları addımlar da onu deməyə əsas verir ki, Bakı silah arsenalını ən yeni silahlarla təhciz edir”.

Rus hərbi ekspert Mixail Xodarenko “Gazeta.ru” saytına müsahibəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfər qazanmasının səbəbləri barədə bəzi fikirlər səsləndirib.

Ekspert qeyd edib ki, müharibədə Azərbaycanın qələbə qazanmasında “Bayraktar TB2”nin hər nə qədər rolu olsa da, hərbi-siyasi rəhbərliyin verdiyi dəqiq qərarların bir o qədər rolu böyük olub.

M. Xodarenoko iddia edib ki, ermənilər birinci müharibədən qalib çıxdıqdan sonra uğurdan başları gicəlləndi.

Onlar elə zənn etdilər ki, daha Azərbaycan onlara qarşı heç bir addım atmayacaq və həmişə vəziyyət belə qalacaq. Onların bu hərəkəti daha çox özlərinə qarşı “qəddar təlxəklik” idi. Amma unudurdular ki, Bakı məğlubiyyəti onlara bağışlamayacaq”,-deyə hərbi ekspert vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyev qələbənin təmin edilməsi üçün iki vacib addım atmışdı:

“Birincisi, o gələcək siyasi hədəflərini həyata keçirmək üçün Azərbaycanın ordusunu qura bilmişdi. Bu çox ciddi zəhmət və resurs tələb edirdi.

İkincisi, Əliyev Türkiyənin dəstəyini almağa nail olmuşdu. Bütün mənalarda Ankara bu gün regional liderdir”.

Mixalil Xoderenkonun sözlərinə görə, Paşinyan və Ermənistan hakimiyyətinin üzvləri isə Bakının bu hərəkətlərinə dırnaqarası baxırdılar: “Elə bu səbəbdən də ordunun gücləndirilməsi və döyüş qabiliyyətinin artırılması istiqamətində heç bir addım atmırdılar. Ermənistan müharibə olarsa, müttəfiqlərinin ona kömək edəcəyini, qısa müddətdə döyüşləri dayandıracağına inanırdı. Lakin Qərb Ermənistandan uzaq dayandı. Rusiya isə son dönəmlər İrəvanın nazı ilə oynamaq fikrində deyil. Həmçinin Kreml bu oyunlara qatılmaq istəmir. Bir də ki, Rusiya açıq bəyan edir ki, həm Ermənistan, həm də Azərbaycan onun tərəfdaşıdır”.

Hər ekspert bildirir ki, Azərbaycan son müharibədə qələbəni daddı.

“Bunun hansı dərəcədə əhəmiyyətli olduğunu ifadə etmək çox çətindir. Ona görə də, Azərbaycan Qarabağın statusu məsələsini müzakirə belə etmək istəmir. Üstəlik, İlham Əliyev bəyan edib ki, bu məsələ gündəlikdə yoxdur. Vəziyyət belədir ki, Qarabağ münaqişəsi ilə bağlı məsələyə yekun nöqtə qoyulmayıb. Çünki hazırda Qarabağda 2000-dən artıq rus sülhməramlısı var. Moskvanın onları növbəti 5 ildə oradan çıxarmaq fikri yoxdur. Onların orada nə qədər qalacağı da bəlli deyil”,-deyə o əlavə edib.

M.Xodarenko vurğulayır ki, Ermənistanın ən ağrılı yeri özünün hərbi hava qüvvələrinin olmamasıdır: “Misal olaraq bildirim ki, hər bir ölkənin havadan müdafiə olunması üçün orta hesabla 100 döyüş aviasiyası olmalıdır. Bir təyyarənin qiyməti isə 120-150 milyon dollardır. Üstəlik, bu təyyarələrin ən azı 30 sutka döyüş təcrübəsi olmalıdır. Buna isə 15 milyard dollar pul lazımdır ki, Ermənistan həmin vəsaiti tapa bilməz”.

Ekspertin sözlərinə görə, Azərbaycan yeni ordu qurmaq üçün həm maddi, həm də digər reurslar baxımından geniş imkanlara malikdir: “Və hazırda atdılqları addımlar da onu deməyə əsas verir ki, Bakı silah arsenalını ən yeni silahlarla təhciz edir”.

Ölkəmizə qarşı qərəzli mövqeyilə tanınan M. Xoderonko sonda üçüncü Qarabağ müharibəsinin qaçılmaz olduğunu iddia edib./azpolitika.info/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*