“Əliyev Soçiyə Nikol Paşinyan adlı “diplomatik bayraktar”la gedib” – Tevanyanbackend

"Əliyev Soçiyə Nikol Paşinyan adlı “diplomatik bayraqkar”la gedib" - Tevanyan

“Əliyev Soçiyə Nikol Paşinyan adlı “diplomatik bayraktar”la gedib”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın 5-ci kanalına müsahibəsində parlamentin “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan qeyd edib.

“Qarabağ məsələsi bütövlükdə Ermənistanın məsələsidir, çünki Qarabağ və Ermənistan ayrı mövcud ola bilməz.

Soçidəki üçtərəfli görüşün nəticələrinə gəlincə, ondan çox sadə səbəbdən böyük gözləntilər gözləmək sadəlövhlükdür. Əliyev Soçiyə “diplomatik bayraktar”la gedib və onun adı Nikol Paşinyandır”, – deyə Tevanyan bildirib.

O daha sonra deyib:

“Əminəm ki, Soçidə belə bir söhbət olub. Putin tərəfindən bizim maraqlarımıza, eləcə də Rusiyanın maraqlarına uyğun olaraq edilən istənilən təklifə, məsələn, sülhməramlıların mandatının uzadılmasına dair Əliyevdən çox aydın cavab alıb. Azərbaycan Prezidenti Nikol Paşinyanın vədlərinə toxunaraq qeyd edib ki, Nikol Praqada Qarabağın Azərbaycanın bir hissəsi olduğunu, ortaq dil tapdıqlarını, Rusiya Federasiyasının isə boş yerə nəyisə dəyişməyə cəhd etdiyini etiraf edib”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*