Əliyev və Ərdoğan gələn il İrəvana gedəcək? – MÜHÜM MƏQAMLARbackend

Əliyev və Ərdoğan gələn il İrəvana gedəcək? - MÜHÜM MƏQAMLAR

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin yazında İrəvana səfər edəcəkləri ilə bağlı iddia gündəmə gəlib. Bu barədə Ermənistanın “Respublika Uğrunda” partiyasının lideri Arman Babacanyan çıxış edib. Maraqlı məqam isə odur ki, belə bir səfərin reallaşması nə dərəcədə mümkündür? Əgər bu baş tutarsa, Azərbaycan–Ermənistan və Türkiyə–Ermənistan münasibətlərində hansı dəyişikliklərə yol aça bilər?

Məsələ ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əli Mustafa bildirib ki, sözügedən səfər Avropa Siyasi Birliyinin sammiti çərçivəsində reallaşa bilər:

Əli Mustafa: Separatçılara qarşı məhkəmə ədalət və xəbərdarlıqdır – ÖZƏL

“Babacanyan açıqlamasında 2026-cı ildə Azərbaycan və Türkiyə prezidentlərinin Ermənistana gələcəyini vurğulayıb. Bu, Avropa Siyasi Birliyinin növbəti sammitində iştirakla bağlı nəzərdə tutulur. Siyasi birlik hər il müxtəlif ölkələrdə sammitlər təşkil edir. Payızda tədbir Kopenhagendə keçiriləcək. 2026-cı ilin yazında isə sammitin Ermənistanda, payızında Finlandiyada, sonrakı illərdə isə Çin, İsveçrə, Yunanıstan, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçirilməsi planlaşdırılıb”.

Şərhçiyə görə, Azərbaycan və Türkiyə prezidentlərinin İrəvana səfəri ehtimalı realdır, lakin bu, bir sıra amillərdən asılı olacaq:

“Sammitə Avropa Siyasi Birliyinin bütün üzvləri qatılır. Yəni dövlət başçıları aralarındakı münasibətlərdən asılı olmayaraq bir araya gəlirlər. Əgər o vaxta qədər Azərbaycan–Ermənistan və Türkiyə–Ermənistan münasibətlərində irəliləyiş əldə olunarsa, təhlükəsizlik təmin edilərsə, səfərin baş tutması mümkündür. Bu addım qarşılıqlı etimad mühitinin formalaşmasına və münasibətlərin yaxınlaşmasına müsbət təsir göstərər ”.

Əli Mustafanın sözlərinə görə, 2026-cı ilin yazına qədər dünyada və regionda baş verəcək proseslər də bu məsələdə həlledici rol oynayacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*