“Elmira Axundova öz işini görə bilmədi” –  Zaur Əliyevdən İLGİNC AÇIQLAMAbackend

“Elmira Axundova öz işini görə bilmədi” - Zaur Əliyevdən İLGİNC AÇIQLAMA

Ukraynada baş verən hadisələr bütün dünya dövlətlərini və xüsusilə də regionu narahat edir. Müharibənin Ukraynaya gətirdiyi fəlakət orada yaşayan digər xalqların da həyatına təsir etdi. Elə Ukraynada yaşayan azərbaycanlılar da bu müharibənin fəlakətini yaşadı. Təəssüf ki, orada həyatını itirən bir neçə günahsız həmvətənimiz var. Lakin təəssüf ki, səfirliyimiz belə bir çətin dövrd insanların təxliyəsi üçün heç bir ciddi addım atmadı. Bu məsələ sosial şəbəkələrdə də ciddi etirazlara səbəb oldu.

Siyasi elmlər üzrə fəlsəfə doktoru mövzu ilə bağlı KONKRET.az-a danışan Zaur Əliyev bildirdi ki, Azərbaycanın xaricdə olan səfirliklərinin fəaliyyəti qənaətbəxş deyil: “Deyilənə görə Ukraynadakı səfirimiz xəstədir və müalicə alır. Hətta bəzi xəbərlərə görə arayışların verilməsi üçün azərbaycanlılardan pul tələbəb olunur. Təkcə səfirlik yox Azərbaycan Xarici İşlər Nazirliyi də bu məsələdə aktiv olmalı idi. Əgər səfirlik fəaliyyət göstərmirsə mütləq XİN nümayəndəliyi ora getməli idi. Bu işi təkcə səfirlik edəcək və ya etməlidir deyə insanlarımızı orada çətin vəziyyətdə qoymaq lazım deyil. Aydın məsələdir ki, Azərbaycanın xaricdəki səfirlikləri yetərincə keyfiyyətli fəaliyyət göstərmir. Təkcə Ukraynada yerləşən səfirliyimizdə yox, digər nümunələrdə də biz bunu görürük. Yaxşı olar ki, XİN özü orada ayrıca qərargah yaradardı. Nazirlikdə xüsusi bölmələr var. Xüusi nümayəndəlik dərhal Ukraynaya getməli və orada yaşayan vətəndaşlarımızın taleyi ilə maraqlanmalı idi. Lakin belə olmadı”.

Zaur Əliyevin Qarabağa aid kitabı çap olundu

Ekspertin fikrincə bütün bunlar XİN-in və səfirliyin öz işinə etinasız yanaşmasından irəli gəlir: “Nazirliyin tapşırığı olsaydı səfirlik də öz işini normal qaydada təşkil edərdi. Problem nazirlikdədir. Hər iki qurum belə vacib bir məqamda çox passiv fəaliyyət göstərdi. ABŞ-ın Ukraynadakı səfirliyi və XİN rəhbərliyi Ukraynaya gələrək öz vətəndaşlarını buradan çıxarmaq üçün qərargahlar yaratdı. Türkiyə də öz vətəndaşları üçün vacib işlər gördü. Lakin Azərbaycan XİN susdu. Bütün işlər Elmira Axundaovaya tapşırıldı. O da təəssüf ki, ortaya bir iş qoya bilmədi. Bu hadisələr əvvəlcədən bəlli idi. Dünya ölkələri öz vətəndaşlarının Ukraynadan çıxarılması üçün əvvəlcədən xəbərdarlıq etdi. Hətta müharibədən bir ay öncə rəsmilər öz vətəndaşlarını sözügedən ölkədən çıxması ilə  bağlı bəyanat vermişdi. Amma Azərbaycan  XİN belə bir bəyanat vermədi. Əgər Ceyun Bayramov XİN rəhbəri kimi vətəndaşlarımızın oradan təxliyəsi ilə bağlı göstəriş versəydi və vətəndaşlarımız vaxtında oradan çıxarılsaydı bizim insanlar ölməyəcəkdi. Azərbaycanlılar bu zülmü çəkməməli idi. Sosial mediada vətəndaşlar yazır ki, səfirlik arayışı pulla verilir. Arayışı pulla vermək nə deməkdir axı? Niyə XİN rəhbəri Ceyhun Bayramov bu məsələyə cavab vermir və qətiyyətli mövqe ortaya qoymur. Digər ölkələr Ukraynada yerləşən səfirliklərini belə döyüş bölgəsindən kənara, qərbə tərəf köçürdü. Bizim səfirlik isə bu bəyanatları görməzdən gəldi. Elə davranılır ki, elə bil hər şey qaydasındadır. Bu gün Ukraynada 500 minə yaxın azərbaycanlı yaşayır. Ailələr orada məhv edilir. Kimlərsə öz şəxsi hesabına ailələrə yardım edir, onları təhülkəli əraziyə  təxliyyə edir. Belə işləri  ayrı-ayrı şəxslər yox. Aidiyyatı qurumlar etməli idi. Rusiyaya bəyanat verilməlidir ki, orada yaşayan azərbaycanlılara toxunulmasın, onlara güllə atılmasın. Təəssüf ki, Azərbaycan hökuməti Rusiyaya heç bir nota vermir. Ukraynada yaşasa da bu insanlar azərbaycan xalqıdır. Onların nə günahı var? Lazımi işlər görülmədiyinə görə rus əsgərləri azərbaycanlıların olduğu maşını gülləbaran edir. Niyə bu məsələyə heç bir etiraz olunmur?”

Şəbnəm Mehdizadə,

KONKRET.az

  • Namiq
    Mart 4, 2022 - 21:02

    Rusiya guya öz vətəndaşlarını qoruyur adı altında Ukraynanı işğal edir. Azərbaycan isə öz vətəndaşlarını qorumaq üçün hətta nota verə bilmir.
    İndiya qədər Rusiyanın Azərbaycana münasibətinə görə nə vaxtsa bir dəfə də olsa nota verilibmi???

  • Garachanta
    Mart 4, 2022 - 21:05

    səfir onsuz da vətəndaşlarımızı qayğısına qalmırdı….indi də deyir xəstədir…xəstə olduğu halda niyə səfir oldu…indi isə Ukraynadakı vətəndaşlarımız demək olar ki yetim qalıb…hər şeyi Prezidentimizmi fikirləşməlidir? Elmira, Siz hansı üzlə hələ bir bəyanat da verirsiniz…XİN bu imtahandan “2” aldı…Yazıqlar Olsun!!

  • Garachanta
    Mart 4, 2022 - 21:40

    “Mən yalnız səfir deyil, həm də qadınam” – Elmira Axundova (https://az.azvision.az/news.php?id=287268)- nə əlaqəsi var?

  • Garachanta
    Mart 4, 2022 - 21:42

    “Mən yalnız səfir deyil, həm də qadınam” – Elmira Axundova-https://az.azvision.az/news.php?id=287268-nə əlaqəsi var?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*