Elon Mask təhdid mesajları alır – Mühafizəçilərinin sayını artırdıbackend

Elon Mask təhdid mesajları alır – Mühafizəçilərinin sayını artırdı

Elon Mask ölümlə hədələndiyinə görə dövlət başçıları kimi qorunur.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.

Nəşr qeyd edir ki, Mask təhlükəsizliyinin təmin olunması üçün təhlükəsizlik şirkətinə hər il milyonlarla dollar ödəyir.

O, ölüm təhdidlərindən ehtiyat edərək tənha həyat tərzi keçirməyə başlayıb.

Nəşr həmçinin bildirib ki, Elon Mask ABŞ-nin Ostin şəhərində keçirilən tədbirdə iştirak edərkən təhlükəsizlik şirkətinin cangüdənlərinin hamısına yanında olmaq əmri verib.

Eyni zamanda tədbirdə iştirak edən hər şəxs əvvəlcədən yoxlanışdan keçirilib.

“240 milyard dollardan çox sərvəti olan dünyanın ən zəngin adamı bir vaxtlar qızğın fanatlardan əsasən zərərsiz zənglər və mesajlar alırdı, lakin indi mütəmadi olaraq ölüm təhdidləri alır”, -nəşr qeyd edib.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*