Elon Mask Trampın seçki kampaniyasına 75 milyon dollar xərcləyibbackend

Elon Mask Trampın seçki kampaniyasına 75 milyon dollar xərcləyib

Amerikalı sahibkar Elon Mask üç ay ərzində Respublikaçıların ABŞ prezidentliyinə namizədi Donald Trampı dəstəkləyən Amerika PAC siyasi komitəsinə təxminən 75 milyon dollar ianə edib.

KONKRET.az ABŞ Federal Seçki Komissiyasının saytında dərc olunan hesabata istinadən xəbər verir ki, Mask iyul-sentyabr ayları arasında Trampın seçki kampaniyasına 74,95 milyon dollar bağışlayıb.

Təsisçisi İlon Maskın özü olan America PAC  üç ay ərzində bağışladığı pulun böyük hissəsini, yəni 72 milyon dolları xərcləyib. Dünyanın ən varlı adamı Mask dəfələrlə X sosial şəbəkəsində Trampı dəstəklədiyini bildirib və Pensilvaniyadakı seçkiqabağı mitinqdə də iştirak edib.

“The Hill” nəşrinin məlumatına görə, bu hesabat America PAC tərəfindən dərc olunan ilk sənəddir. Bildirilir ki, oktyabrın 24-də daha bir hesabat təqdim olunacaq və bu,  oktyabrın 1-dən 16-dək dövrü əhatə edəcək. Mask daha əvvəl demişdi ki, o, keçmişdə Demokratların  namizədinə səs verib. Lakin bu seçkilər zamanı onun fikirləri kəskin şəkildə dəyişib.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokrat Partiyasını seçkilərdə  Kamala Harris təmsil edəcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*