Ədliyyə nazirinə yeni müşavir təyin edilib.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elvin Hətəmzadə nazirin müşaviri vəzifəsinə gətirilib.
Qeyd edək ki, E. Hətəmzadə 1987-ci ildə anadan olub. ABŞ-nin Park Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, Vaşinqton Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib. 2012-2020-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin Hüquq İdarəsində müxtəlif vəzifələrdə işləyib. 2020-ci ilin iyun-oktyabr aylarında Azərbaycan Ali Məhkəməsində Beynəlxalq əlaqələr şöbəsinin müdiri, həmin ilin oktyabr ayından isə Ali Məhkəmənin Aparat rəhbəri vəzifələrində çalışıb.