Amerikalı müğənni, Elvis Preslinin yeganə qızı Liza Mari Presli 54 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.
“Gözəl qızım Liza Marinin bizi tərk etməsi ilə bağlı sarsıdıcı xəbəri ürək ağrısı ilə bölüşməliyəm. O, tanıdığım ən güclü qadın idi”, – müğənninin anası Prissilla Presli deyib.
Daha əvvəl “TMZ” mənbələrə istinadən bildirib ki, ürəyi dayanan müğənni komaya düşüb.
Jurnalın məlumatına görə, musiqi karyerasına 2000-ci illərdə başlayan Presli “To Whom It May Concern” (2003), “Now What” (2005) və “Storm & Grace” (2012) adlı üç albom buraxıb.
Qeyd edək ki, o, uzun müddət Elvis Presli Xeyriyyə Fonduna rəhbərlik edib.
Xatırladaq ki, Liza Mari Presli Maykl Ceksonla il yarım evli olub (1994-1995). O, Ceksonun «You are not alone» adlı klipində rol alıb.
İqbal Rzayev,
KONKRET.az