Əmək kitabçasında TOPLANAN PULU niyə çıxarda bilmirik? – TƏHLİLbackend

Əmək kitabçasında TOPLANAN PULU niyə çıxarda bilmirik? - TƏHLİL

Əmək kitabçası dövrü bitir. Gələn ildən bütün əmək müqavilələri kağız üzərində yox, məcburi elektron həyata keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri (ƏƏSMN) Sahil Babayev məlumat verib.

Əmək kitabçası

Hazırda kağız əmək kitabçaları MDB ölkələrində mövcuddur. Almaniya, Avstriya, İtaliya və Fransa da əmək kartlarıdır. Əmək kartlarının təqdim olunması məcburi deyil. Yəni əmək kitabçasının sahibi yeni iş yerinə qəbul, yaxud istefa zamanı iş yeri və stajın qeydiyyatı üçün bu kartı öz xoşu ilə təqdim edə bilər. Almaniyada işləyənlərdə sosial sığorta kartı da var. Dünyanın qalan ölkələrində yalnız əmək müqavilələridir.

Kağız əmək kitabçaları ilk dəfə XIX əsrin əvvəllərində Napoleonun dövründə tətbiq olunub. Bunun tətbiqi sadə vətəndaşlar arasında etiraza səbəb olub. Onlar hesab edirdilər ki, əmək kitabçaları burjuaziyadan asılılıq məqsədi daşıyır.

İspaniyada Vida Laboral elektron sistemi fəaliyyət göstərir.

Az öncə söz açdığım etirazlara görə əmək kitabçaları (kart) istifadə olunan ölkələrdə vətəndaşlara belə bir azadlıq verilib: insanlar kitabçalarında toplanan pulu çıxarda bilərlər. Təqaüdün hesablanması sıfırlanır və proses yenidən başlayır.

İstənilən ailədə təcili pul lazım olan hadisələr baş verir. Tutaq ki, mənə hansısa problemimi həll etmək üçün əmək kitabçamda yığılan 5-10 min manatı çıxartmaq kifayət edir. Lakin mövcud MDB qəlibindən dolayı mən sözügedən halal qazancımı yalnız yaşlananda müəyyən aylıq pensiya ilə istifadə edə biləcəm. Nəticədə problemin həlli üçün ya kimdənsə borc almalı, ya evi satmalı, ya da yüksək faizli Azərbaycan banklarında kreditə girməliyəm. Əsəb korlanır, ömürdən gedir, vətəndaş kimi məvacibin minimum yarısı borc qaytarmağa sərf olunur. İstədiyimiz ərzaqları almaq imkanı olmur, sağlamlıq axsayır, heç adamın pensiya yaşına çatıb-çatmayacağı sual altında qalır.

Burjuaziya asılılığı

O vaxt hakim dairələr belə adlanırdı. İndi əksər ölkələrdə demokratik hökumətlərdir. Hər bir ölkənin hər bir vətəndaşı vergi ödəməlidir. Hətta bəzi ölkələrin dövlət büdcəsini formalaşdıran vəsait vergilər hesabına toplanır.

Azərbaycanda maaş alanlar həm Vergilər nazirliyinə, həm də DSMF-yə pul ödəyir. Bir evini saxlaya bilməyən vətəndaş 2 dövlət qurumuna pul ayırır. Bu bir yana, məvacibdən çıxılan məbləğin özü insanların hiddətinə səbəb olub. Hər halda tətbiq olunan qaydalar beynəlxalq təcrübəyə əsaslanıb. Tərslikdən, beynəlxalq adlanan bu təcrübə Rusiya praktikasıdır. Elə buna görə MDB ölkələrinin əksəriyyətində maaş və qiymətlər demək olar ki, eynidir. Moskva bir növ postsovet ölkələrində tarif şurası funksiyasını icra edir. Bununla da Kreml istənilən MDB üzvünün bazarından xəbərdardır və iqtisadi əməliyyatlardan xəbərdardır.

– Türkmənistan MDB üzvü yox, əlaqəli dövlətdir. Bəlkə də buna görə Türkmənistanda (560AZN) minimum əmək haqqı Rusiyanın Moskva (640AZN) və Sankt-Peterburqdan (590AZN) başqa bütün diyarlarından çoxdur.
– 2009-da Gürcüstan MDB-dən əbəs yerə çıxmayıb. (2008-ci ildə Rusiya ilə savaş yaşayıb)
– 2018-də isə Ukrayna birliyi tərk edib. (2014-cü ildə Rusiya ilə müharibə başlayıb)

Məlumatı analiz edəndə belə təəssürat yaranır ki, MDB-dən çıxmaq üçün Rusiya ilə müharibə etməm lazımdır. Lakin kağız əmək kitabçasından çıxmağa görə savaşa lüzum yoxdur. 2023-dən əmək kitabçalarının Azərbaycanda elektron sistemə keçidi sonrakı dövrdə Avropa misalı dəyişikliklərin də olacağı ümidini yaradır. Sonda ölən ümiddir!

KONKRET.az-ın Araşdırma Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*