Rusiyalı pop müğənni, teleaparıcı və aktyor Aleksey Çumakovun Bakıda konserti keçiriləcək. İfaçı müsahibələrinin birində özünü daha çox erməni saydığını etiraf edib. Belə ki, onun atası bolqar olsa da, anası ermənidir. Müğənni ana tərəfdən nənə və babasının Qarabağ ermənisi olduğunu xatırladıb, Səmərqənddə doğulmasına baxmayaraq öz tarixi köklərinə bağlı olduğunu qeyd edib. Erməniəsilli müğənninin Bakıda konsert verməsi birmənalı qarşılanmır. Təbii ki, Azərbaycan multukultural və tolerant ölkə kimi öz qucağını hər kəsə açır. Lakin bir çox insanlar erməniəsilli müğənninin ölkəyə gəlməsini doğru saymır.
KONKRET.az-a danışan əməkdar artist Mehriban Xanlarova bildirib ki, bu, yolverilməzdir:
“Bu torpaqda şəhidlərin qanı var. Ona görə də, erməniəsilli müğənninin ölkəyə ayaq açmasına icazə vermək olmaz. Konsert dərhal ləğv edilməlidir. Əks halda, buna göz yumanlar da cavab verməli olacaq. Bura Bakıdır. Özünü itirmişlərin, harada nə danışdığını bilməyənlərin, geni xarabların gəlib rahat gəzəcəyi bir yer deyil. Qələt edib gələcək. Əgər gəlsə, vətənimin havası-suyu haram olsun!”.
Qeyd edək ki, Aleksey Çumakovun Bakı konserti aprelin 20-nə planlaşdırılıb.
Aynurə Ismayil,
KONKRET.az
bacı, bu torpaqları rus gavurlarının ayağının altına sərmək istəyən nə qədər manqurt var, bilirsən?
Əgər gəlməli olsa bu konserti baykot etmək lazımdır. Özümüzün istedadlı, gözəl ifaçılarımız var. Onların konsertlərini təşkil etmək lazımdır. Bu şəxs bizim barəmizdə Rusiya mediyasında nifrətlə danısır. Onu bura gətirmək istəyənlər xalq düşmənləridir