Ukraynadakı korrupsiya işinə görə həbs edildibackend

Ukraynadakı korrupsiya işinə görə həbs edildi

Məhkəmə energetika sahəsində korrupsiya işində adı hallanan Ukrayna Baş nazirinin keçmiş müavini Aleksey Çernışovun barəsində həbs qətimkan tədbiri seçib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko öz teleqram kanalında məlumat verib.

“Məhkəmə Çernışovun həbsinə qərar verib”, – parlamentari yazıb.

Xatırladaq ki, 10 noyabrda Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) energetika sahəsində genişmiqyaslı korrupsiya əməliyyatı keçirdiyini bildirmişdi. Büro axtarışlar zamanı götürülən böyük məbləğdə xarici valyutanın fotoşəkillərini də paylaşmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*