Azərbaycanın əməkdar artisti Rəfael İsgəndərov uzun illərdir itkin-şəhid Mikayıl Əliyevin yolunu gözlədiklərini bildirib.
KONKRET.az report-a istinada xəbər verir ki, o, 33 ildən sonra nəşi tapılan mərhumun dəfn mərasimində Mikayılın onlar üçün həmişə böyük qardaş olduğunu söyləyib:
“Mikayıl həmişə bizə böyük qardaş olub, öyüd-nəsihət verib. Biz dəcəllik edəndə qulaqburması da verirdi. Bizim qeyri-müəyyənliyimiz vardı. Şükürlər olsun ki, nəşi tapıldı və bu gün dəfn edilir”.
Qeyd edək ki, şəhid Mikayıl Əliyev 1968-ci ildə Bakıda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. M.Əliyev 1992-ci il fevralın 26-da Xocalıda itkin düşmüş hesab edilirdi.

