Əməkdar artist Təranə Vəlizadə 40 illik sirrini açdı – VİDEObackend

Əməkdar artist Təranə Vəlizadə 40 illik sirrini açdı – VİDEO

ARB TV-nin “Elgizlə izlə” verilişinin növbəti qonağı Əməkdar artist Təranə Vəlizadə olub.

KONKRET.az xəbər verir ki, sənətçi illər öncə Xalq artisti Səyavuş Aslanla haqqında yayılan şayiələrə aydınlıq gətirib:

“Həyat yoldaşım rəhmətə gedəndən sonra depressiyaya düşdüm. İllərlə xəstə yatdım. Özümə gələ bilmirdim. Ayılanda da eşitdim ki, Səyavuşla haqqımda söz-söhbət yayılıb.

Hər kəsin arxa-dayağı var idi. O məqamda mənim heç kimim yox idi. Məni sahibsiz bilib adıma belə söz çıxardılar. Mən qayınanamla birgə yaşayırdım. Abır-həyama bükülən adamam. Başımı qaldırıb heç kəsin üzünə baxan olmamışam, artıq danışmamışam. 40 ilə yaxındır bu söhbəti ürəyimdə saxlayıram. İndi də utana-utana deyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*