Əməkdar artist Zaur Kamalı “topa tutdu”: Müğənnilərə ikibaşlı suallar verib, silikonlarını yoxlayırbackend

Əməkdar artist Zaur Kamalı “topa tutdu”: Müğənnilərin silikonlarını yoxlayır

“Aparıcılar içində dostlarım var ki, onların verilişlərinə getmədiyim üçün məndən inciyiblər. Bir dəfə aparıcı Zaur Kamalın “5-də 5” proqramına çıxmaq üçün şərt qoymuşdum. Dedim ki, əgər verilişinə gələcəyəmsə, tək gələcəyəm. Çünki həmin proqramda Zaur sənət yoldaşlarıma xoşagəlməz suallar verir. 

Onu da demək lazımdır ki, Zaur mənə qarşı hələ belə şeylər etməyib. Amma kənardan izləyirəm, hər şeyi görürəm. Xanım həmkarlarıma sataşır. Müğənnilərə ikibaşlı suallar verib, silikonlarını yoxlayır. Bu kimi şeylər isə mənə çox yaddır”

KONKRET.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova deyib.

Ötən həftə “Pişik” ləqəbi ilə şou-biznesdə tanınan Günel Ələkbərovanın Zaur Kamalı tənqid etməsi ilə bağlı Lalənin mövqeyi də sərt olub:

“Güneldən daha öncə Zauru efirdə müğənnilərlə “jarqon”la danışdığına görə mən tənqid etmişdim. Söyləmişdim ki, efirdə qonağa “sən” deyə müraciət etmək olmaz. Çünki yaşca və sənət stajı ilə səndən böyükdür. Müğənni ilə dost ola bilərsən, amma “sən”, “sənin ərin”, “sənin uşaqların belə etdi” və s. kimi məişət söhbətlərini efirə gətirmək olmaz. Bu kimi söhbətlər kamera arxasında qalmalıdır. Efirin öz etiket və etika qaydaları var”. 

Oxu.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*