Əməkdar artistə 1 illik efir qadağasıbackend

Əməkdar artistə 1 illik efir qadağası 

Əməkdar artist Cavanşir Məmmədova bir ildir efir qadağası qoyulub.

KONKRET.az xəbər verir ki, bu haqda müğənni “Həmin Zaur” proqramında deyib.

O bildirib ki, buna səbəb onun radio və telekanllarla bağlı səsləndirdiyi tənqidi fikir olub:

“Mənə sual verdilər və fikir bildirdim. Orada elə nalayiq sözlər deməmişdim. Mənə bir ildir efir qadağası qoymuşdular. Eybi yox, ola bilər. Yaşımın, sənətimin bu dövründə oturub gözlədim ki, nə vaxt zəng edib məni çağıracaqlar. 46 ildir sənətdəyəm. Düşündüm ki, çağırıb deyərlər nə olub? Etdilər də, sağ olsunlar. Ürəyim sıxılırdı. Bir müğənnini öldürmək istəyirsinizsə, onun əlindən mikrofonu alın”.

Xatırladaq ki, C.Məmmədov televiziya və radiolarda mahnılarının səsləndirilməməsindən şikayət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*