Əməkdar artistin vəziyyəti ağırdırbackend

Əməkdar artistin vəziyyəti ağırdır

“Atamın vəziyyəti stabil-ağır olaraq qalır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Kult.az-a kinorejissor, əməkdar artist Elxan Qasımovun qızı Kəmalə Qasımova aktyorun son durumu ilə bağlı danışarkən deyib.

“Hələ heç nə demək mümkün deyil. Reanimasiyadadır. Yanına heç kimi buraxmırlar. Xoş xəbərlər eşitməyə ümid edirik”, – deyə o bildirib.

Qeyd edək ki, gecə saatlarında qəfil halı pisləşən 78 yaşlı aktyor mayın 7-də təcili yardımla xəstəxanaya çatdırılıb. O, “Aorta anevrizmasının partlaması” diaqnozu ilə əməliyyat olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*