Əməkdar həkim: “Növbəti dalğalar daha yüngül keçəcək”backend

Əməkdar həkim: “Növbəti dalğalar daha yüngül keçəcək”

Xroniki xəstələr də vaksinasiya olunmalıdır”

KONKRET.az əməkdar həkim, tibbi ekspert Canıbəy Ağayevin müsahibəsini təqdim edir:

– Həkim, son günlər pandemiyaya yoluxma və ölüm hallarının statistikasında yenidən artım müşahidə edildi. Bu gedişat nədən xəbər verir? Yoluxma və ölüm halları artan xətt üzrə davam edəcək, yoxsa azalmağa doğru gedəcək?

– Pandemiya tək Respublikamız üçün yox, bütün dünya üçün böyük bir bəladır. Amma bu təhlükədən qorunmağın yeganə yolu vaksinasiya prosesində iştirak etməkdir. Bu təhlükənin qarşısını almağın başqa yolu yoxdur. Elmi araşdırmalar da göstərir ki, əhalinin 80 faizi immunizasiya olunsa, virus yavaş-yavaş aradan qalxacaq, əhali normal həyata qayıdacaq və kütlədə kollektiv immunizasiya formalaşacaq. Bununla da koronavirus nadir hallarda, yəni adi qrip virusu kimi təsadüf edəcək və heç bir ölüm hadisəsi baş verməyəcək. Bu, çox önəmli və vacib məsələdir ki, bunu xəstələrimizə də tövsiyə edirik ki, mütləq surətdə vaksinasiya prosesində iştirak etsinlər. Çünki bunun alternativi yoxdur.

Əhalinin bir qismi koronavirusa yoluxub virusa qarşı anti-cism qazanıb. Digər bir qismi isə vaksinasiya prosesində iştirak edib və virusa qarşı anti-tellər əldə edib. Buna baxmayaraq, biz yoluxmanın hətta 4 rəqəmliyə qədər qalxdığını gördük. Bu, nə ilə bağlıdır? Proses bu şəkildə davam etsə belə, yoluxmalar yenə də arta bilər?

 

– Vaksinasiya olunmaq o demək deyil ki, heç kim virusa yoluxmayacaq. Vaksin olunanlar da virusa yoluxur, amma vaksin olmayanalara nisbətən daha yüngül keçirir və onlar arasında ölüm halları təsadüfi və nadir hallarda baş verir. Vaksinasiya prosesi də məhz buna görə vacibdir. Sadəcə olaraq, proses vaksin olandan sonra orqanizmdə anti-tellərin əmələ gəlməsindən asılıdır. Əgər vaksinin ikinci dozasından sonra qanda anti-tellərin miqdarı normal səviyyəyə gəlib çatırsa, deməli, koronavirusa yolxuma riski aradan qalxır. Yəni, bu, bədəndə anti-tellərin əmələ gəlməsindən asılıdır. Amma bu o demək deyil ki, qorunmağı da unutmalıyıq. Qorunmaq yenə də mütləqdir: ictimai yerlədə maskadan istifadə etmək lazımdır, dezinfeksiyaedici maddələrdən istifadə etmək lazımdır, sosial məsafəyə önəm verilməlidir və s.

Bir sözlə, nə qədər ki, əhalinin 80 faizində kollektiv immunizasiya formalaşmayıb, nə qədər ki, əhalinin 80 faizində anti-tellər əmələ gəlməyib, deməli, dalğalar da olacaq, ştammlar da. Çünki gedişat da onu göstərir ki, virusun orqanizmdə ştammı dəyişir. Məsələn, bu aralar “Delta” ştammı ilə üzləşdik, indi Avropa ölkələrində “Mu” ştammı yayılmağa başlayıb və.s Yəni, bu baxımdan əsas məsələ orqanizmdə immunitetin formalaşmasıdır ki, bunun da yeganə yolu hamılıqla vaksinasiya prosesində iştirak etməkdir.

Hətta bütün xroniki xəstələr də vaksinasiya olunmalıdır. Bəzən deyirlər ki, məndə xroniki allergiya var, yaxud şəkərdən əziyyət çəkirəm və ya digər xroniki xəstəliklərim var və mənə vaksin olmaz, amma bu, düzgün yanaşma deyil. Əgər xroniki xəstəlik kəskinləşirsə, onda müvəqqəti olaraq xəstəyə vaksin vurulmur. Xəstə telemisiya dövrünü keçən kimi, vaksin vurulmalıdır. Hər halda, bir neçə hallarda vaksin vurulmayan xəstələr də var. Məsələn, səyrici aritmiya xəstələrinə vaksin vurulmur, kəskin allergik reaksiyası olan xəstələrə vaksin vurulmur, vaksindən sonra anaflaktik hallar müşahidə olunarsa, vaksin vurulmamalıdır. Amma digər bütün xroniki xəstələrə remisiya dövründə vaksinasiya olunmalıdır.

– Biz adətən eşidirdik ki, xroniki xəstələrə vaksin vurdurmaq olmaz. Belə olan halda, əsasən hansı xroniki xəstələrə vaksinasiya olmaz və hansılara olar? Həmçinin, əks təsirlər burda nə qədərdir?

-Təcrübə və elmi araşdırmalar göstərir ki, birmənalı olaraq bütün xroniki xəstələrə vaksin vurulmalıdır. Ancaq burda bəzi nünanslar var. Az öncə də dediyim kimi, məsələn səyrici aritmiyası olan xəstələrə, yüksək tempraturdan əziyyət çəkənlərə və digər xroniki xəstəlikləri kəskinləşən xəstələrə vaksin vurulmur. Remisiya dövrü keçən kimi isə vaksin vurlur. Çalışmaq lazımdır ki, əhalinin böyük faizi vaksinasiya olunsun.

– Hazırda əhalinin 80 faizi vaksinasiya prosesində iştirak etməyib. Belə olan halda yenidən virusun başqa ştammlarının yayılmasının, yolxuma hallarının artmasının şahidi ola bilərikmi?

– Bizdə vaksinasiya prosesi hazırda aktiv şəkildə davam edir. Artıq üçüncü dozanın vurulması haqqında qərar da var. Mənə elə gəlir ki, növbəti dalğalar yüngül keçəcək. İmmunizasiya daha yüksək səviyyə çatandan sona isə yolxuma və ölüm halları sıfıratik olacaq.

– Cəmiyyəti maraqlandıran suallardan biri də budur ki, hər kəs vaksin olunandan və mövcud vəziyyət normallaşandan sonra koronavirus tam şəkildə yoxa çıxacaq və ya yenə də özünü göstərəcək?

– Koronavirus tam şəkildə yoxa çıxamayacaq, lakin adi qrip virusu kimi, respirator infeksiyalar kimi az sayda insan arasında yayıla bilər ki, onlar da virusu yüngül, ayaqüstü şəkildə keçirəcəklər. Amma kökü tam formada kəsilməyəcək. Təcrübə də göstərir ki, gözləntilər bu şəkildədir və bununla da pandemiya bütün dünyada səngiyəcək.

Ümumi olaraq pandemiyanın sona çatması hansısa tarixdə təxmin edilirmi ki, müəyyən bir müddətdən sonra bu təhlükə aradan qalxa bilər.

– Burada yeganə göstərici və yeganə faktor vaksinasiyadır. Biz nə qədər vaksinasiya olunsaq, kollektiv immunazasiya yaransa, ondan sonra pandemiyanın dalğalarının da qarşısı kəsiləcək, əvvəlki rejimə qayıdacağıq. Yalnız bəzi insanlarda nadir hallarda adi qrip virusu kimi təsadüf oluna bilər.

– Pandemiya ərəfəsində zaman-zaman bəzi ölkələrdə müxtəlif virusların da yayılmasını müşahidə elədik. Bəs, pandemiyadan sonra belə bir qlobal virusun, pandemiyanın yayılmasının müşahidə edə bilərik? Belə bir ehtimal var?

– Hazırda belə bir elmi araşdırma mövcud deyil və bununla bağlı hər hansı məlumat yoxdur. Təbii ki, belə bir məlumat olsa, yenə də fikrimizi bildirəcəyik. Lakin hələlik belə bir təhlükə gözlənilmir. Düzdür, hərdən mətbuatda və sosial şəbəkələrdə bu barədə heç bir elmi əsası olmayan məlumatlar dərc edilir, amma bu məlumatların heç bir elmi əsası və mənbəyi yoxdur. Əslində, koronavirus əvvəllər də olub. Məsələn, 1990-cı illərdə, 2000-ci illərin əvvəllərində də koronavirus yayılıb, lakin adi qrip virusu kimi gəlib və yoxa çıxıb. İndi isə ştammı dəyişdiyi üçün pandemiya formasında özünü göstərib. Gələcəkdə isə hələ ki digər pandemiyaların yayılması gözlənilmir.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*