Əməkdar jurnalist yeni vəzifəyə təyin olundu – FOTObackend

Əməkdar jurnalist yeni vəzifəyə təyin olundu - FOTO

Əməkdar jurnalist, AzTV-nin sabiq sədr müavini Rəşad Nəsirov yeni vəzifəyə təyin olunub.

KONKRET.az xəbər verir ki, tanınmış telejurnalist Həmkarlar İttifaqları Konfederasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub. Artıq bununla bağlı Rəşad Nəsirov kollektivə təqdim olunub.

Qeyd edək ki, Rəşad Nəsirov 1977-ci ildə anadan olub. Uzun illər telejurnalist kimi fəaliyyət göstərib. ANS, “Lider”, İTV telekanallarında müxtəlif vəzifələrdə çalışıb. Sonuncu iş yeri Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini vəzifəsi olub. Ailəlidir, iki övladı var.

Yeri gəlmişkən, konfederasiyanın bundan əvvəlki mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu olub. O, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri təyin edilib.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*