Əməliyyat qorxusu: İran məmurlara qadağa qoydubackend

Əməliyyat qorxusu: İran məmurlara qadağa qoydu

İranın Kibertəhlükəsizlik İdarəsi rəsmilərə ictimai şəbəkələrə qoşulmuş cihazlardan istifadə etməyi qadağan edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

“Kibertəhlükəsizlik İdarəsi dövlət məmurlarına və təhlükəsizlik agentliklərinə ictimai şəbəkələrə qoşulmuş istənilən cihazdan istifadə etməyi qadağan edib”, – məlumatda qeyd olunub.

Tapşırığın İran və İsrail arasında münaqişə fonunda verildiyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl İsrail diplomatı yaxın günlərdə “Peycer əməliyyatı”nı kölgədə qoyacaq bir əməliyyat gerçəkləşəcəyinin anonsunu vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*