Əməliyyat zamanı Simonyanın vəziyyəti pisləşdibackend

Əməliyyat zamanı Simonyanın vəziyyəti pisləşdi

Ermənistan parlamentinin spikeri Alen Simonyanın əməliyyat zamanı vəziyyəti pisləşib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak“ qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Simonyan bu gün əməliyyat olunub. Əməliyyat zamanı ciddi fəsadlar yaranıb və həkimlər xəstənin vəziyyətini stabilləşdirmək üçün xeyli səy göstəriblər. Hazırda onun səhhəti qənaətbəxşdir və həkimlərin nəzarəti altındadır.

Xatırladaq ki, Alen Simonyan bir müddət öncə yıxılaraq dirsəyini zədələdiyi üçün əməliyyat olunmuşdu.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*