Emil Həsənova Rusiyada vəzifə verildibackend

Emil Həsənova Rusiyada vəzifə verildi

Rusiya Daxili İşlər Nazirliyinin Uzaq Şərq Federal Dairəsi üzrə Nəqliyyat İdarəsində kadr dəyişiklikləri baş verib.

KONKRET.az milli.az-a istinadla xəbər verir ki, Vanino nəqliyyat polis idarəsinin yeni rəisi vəzifəsinə azərbaycanlı polis mayoru Emil Həsənov təyin olunub.

Yeni təyinatı şəxsi heyətə idarənin rəisi, polis general-mayoru Aleksandr Kem təqdim edib. Təqdimat zamanı Kem, Emil Həsənovu təcrübəli və peşəkar kadr kimi dəyərləndirib. Onun rəhbərliyi altında etibar edilmiş ərazidə asayişin və nəqliyyat təhlükəsizliyinin yüksək səviyyədə təmin ediləcəyinə inandığını bildirib.

Qeyd edək ki, Emil Həsənov 1989-cu ildə Bakıda anadan olub. 2011-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Universitetini bitirib və 2013-cü ildən etibarən əmək fəaliyyətinə Uzaq Şərq Federal Dairəsi üzrə nəqliyyat polisində başlayıb. O, 2015-ci ildən Vanino xətt idarəsində xidmət edir. Əvvəlcə əməliyyatçı kimi başladığı vəzifəsində zamanla şöbə rəisinin müavini postuna qədər yüksəlib.

Həsənovun peşəkar fəaliyyəti dövründə bir sıra xidmət mükafatları aldığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*