Emin Ağalarov: “Qonorarı bitcoin ilə qəbul edirəm”backend

Emin Ağalarov: "Qonorarı bitcoin ilə qəbul edirəm"

Azərbaycanın xalq artisti, bəstəkar-müğənni və biznesmen Emin Ağalarov Instagram РБК, ЧЭЗ Next proqramında verdiyi müsahibədə qonorar olaraq bitcoin qəbul etdiyini və mayninqlə məşğul olduğunu deyib. Onun sözlərinə görə Rusiya şoubizenesin nümayəndələri arasında kriptovalyutalarla məşğul olanlar az deyil və bəzi mügənnilər artıq qonorarı bitcoin ilə qəbul edir.

KONKRET.az kriptoinvest.az-a istinadən bildirir ki, “Crocus Group”-un viste-prezidenti olan Emin Ağalarovun Moskva şəhərində özünün mayninq ferması var və 2019-cu ildən SigmaPool adlı mayninq pulun 25% səhmlərinə sahibdir.

Emin Ağalarov: “Mən qonorarı istənilən valyutada, o cümlədən bitcoin ilə qəbul edirəm. Hazırda bitcoin ilə daha asan və daha sürətli ödəmək istəyən sifarişçilər var. Mən özüm mayninq ilə məşgulam. Kriptovalyuta biznesinə bitcoin 6000 dollar olanda başlamışam. Kolleqalarım arasında da mayninqlə məşğul olanlar var. Bitcoin ən populyar kriptovalyutadır. Kriptovalyutalarla məşğul olmaq istəyən hər kəs ilk növbədə bitcoin haqqında düşünür. Bizim partnyorlarla birlikdə SigmaPool sistemimiz var, hansı ki, istənilən şəxs bizim köməyimiz ilə məsafədən mayninq ilə məşğul ola bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*