Emin Ağalarovdan yeni açıqlama: Avropanın ən böyük kazinosu “Sea Breeze”də tikiləcəkbackend

Emin Ağalarovdan yeni açıqlama: Avropanın ən böyük kazinosu “Sea Breeze”də tikiləcək

Tanınmış iş adamı və müğənni Emin Ağalarov yeni layihəsi ilə bağlı sensasion açıqlama verib.

KONKRET.az musavat-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Bakı yaxınlığındakı Nardaran ərazisində yerləşən “Sea Breeze” şəhərciyində Avropanın ən böyük kazinosu inşa olunacaq

Ağalarov bu barədə özünün rəsmi “Instagram” səhifəsində paylaşım edərək bildirib:

“Bu sahədə böyük planlarımız var. Sizinlə vizualizasiyalarımızı və qlobal ideyalarımızı bölüşürəm. Layihəni reallaşdırmaq üçün bütün razılaşdırma və icazə mərhələlərinin tamamlanmasını gözləyirik”.

Müğənni eyni zamanda 90.000 kvadratmetrlik sahəni əhatə edəcək kazino layihəsinin ilkin maketini və vizual təqdimatını da izləyiciləri ilə paylaşıb. Kadrlarda klassik Avropa memarlığı üslubunda hazırlanan nəhəng kompleksin görüntüləri əks olunub.

Layihə başa çatdıqdan sonra “Sea Breeze” yalnız kurort və istirahət mərkəzi deyil, həm də regionun əsas əyləncə və oyun biznesi mərkəzinə çevrilə bilər.

Xatırladaq ki, Emin Ağalarov son illər ərzində “Sea Breeze” brendi altında Nardaranda genişmiqyaslı şəhərcik və istirahət mərkəzi inşa etdirir. Yeni kazino layihəsi isə bu konsepsiyanın daha da genişləndirilməsi baxımından növbəti böyük addım kimi qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*