“Əminəm ki, Rusiya sülhməramlı qüvvələri bütün vasitələrdən istifadə edəcəklər”.
KONKRET.az xəbər verir ki, bunu Qarabağ separatçılarının lideri, quldurbaşı Arayik Arutyunyan Facebook səhifəsində yazıb.
“Azərbaycan tərəfi “yalan və uydurma” səbəblərlə ikinci dəfə Qarabağı Ermənistan və dünya ilə birləşdirən yeganə magistral yolu bağlayıb. Azərbaycanın “aqressiv” davranışı, onun vasitəsilə əhalimizi “terror”a salması, həyati hüquq və mənafelərimizi təhlükəyə atması bizim üçün tamamilə qəbuledilməzdir.
Bu, dövlətimiz və xalqımız üçün görünməmiş çağırışdır. Mən bütün cəmiyyəti birləşməyə və sakitliyə çağırıram. Çünki Azərbaycan hakimiyyətinin məqsədlərindən biri Qarabağda daxili “parçalanma və çaxnaşma” yaratmaqdır.
Qarabağın elə qırmızı xətləri var ki, onları qorumaq üçün biz hər şey edirik, hər cür səy göstəririk.
Əminik ki, Rusiya sülhməramlı qüvvələri xalqımızın və yolun təhlükəsizliyinin təminatçısı kimi xalqımızın həyati hüquq və mənafelərinə qarşı bu cür təxribatların, razılaşmaların pozulmasının qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcəklər.
“Arsax” bütün çağırışlara qarşı birgə və qətiyyətli səylərimizlə erməninin olub və olacaq”, – deyə terrorçu sarsaqlayıb.
Xuraman Etibarlı,
KONKRET.az