Əmlak vergisi ödəməyənlərin NƏZƏRİNƏ: Hansı problemlər gözləyir?backend

Əmlak vergisi ödəməyənlərin NƏZƏRİNƏ: Hansı problemlər gözləyir?

Bəzi vətəndaşlar torpaq və ya evin sənədləri olmadığı üçün əmlak vergisi ödəmirlər.

Bəs, bu halda vəziyyət necə tənzimlənir?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, mülkiyyəti təsdiq edən sənəd olmadıqda əmlak vergisi öhdəliyi də yaranmır.

Elnur Azadov
Ekspertin sözlərinə görə, son illərdə bu məsələ geniş müzakirə olunur:

“Əgər bu qanunsuz tikililər leqallaşarsa, yəni onlara çıxarışlar verilərsə, (söhbət azı 600-700 min daşınmaz əmlakdan gedir) o zaman problem yaranmayacaq. Bu proses həyata keçərsə, həm siğorta sektoru qazanacaq, həm də vətəndaşların mülkiyyəti tanınacaq. Daha sonra qeydiyyat və hüquqi problemlər həll olunacaq və vətəndaşlar da vergi ödəyəcək.”

Elnur Azadov əlavə edib ki, bu istiqamətdə görüləcək işlər həm dövlət büdcəsinə əlavə gəlir gətirəcək, həm də vətəndaşların əmlak hüquqlarının qorunmasına xidmət edəcək.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*