Emmanuel Makrona soyuq duş – Nəticələr açıqlandıbackend

Emmanuel Makrona soyuq duş - Nəticələr açıqlandı

Fransada aparılan anket-sorğularda Prezident Emmanuel Makron və Baş nazir Jan Kasteksə olan inamın azaldığı ortaya çıxıb.

KONKRET.az Teleqraf.com-a istinadən  xəbər verir ki, avqust ayında Emmanuel Makrona olan 41 faizlik inam sentyabr ayında 2.4 faiz azalaraq, 38.7-yə enib.

Sorğu sentyabr ayında 7 fərqli anket-sorğu şirkəti tərəfindən aparılıb.
Digər yandan, Baş nazir Kasteksin populyarlığı vəzifəyə təyin edildiyi iyul ayında 49.4-dən sentyabr ayında 42.29-a düşüb.

Ötən ay ölkədə aparılan bir araşdırma Fransa xalqının 65 faizinin pandemiyaya qarşı mübarizədə hökumətə etibar etmədiyini ortaya çıxarıb. Respondentlərin 45 faizi hökumətin pandemiyaya qarşı lazımi tədbirlər görmədiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*