“Emosiyaya qapılıb, əsəblərimi cilovlaya bilmədim” – Özünü Kürə atan 14 yaşlı qızbackend

“Emosiyaya qapılıb, əsəblərimi cilovlaya bilmədim” - Özünü Kürə atan 14 yaşlı qız

Bəlli olduğu kimi Mingəçevir sakini,  2007-ci il təvəllüdlü Nuray Sayadova özünü Kür çayına ataraq intihar etmək istəyib. Xoşbəxtlikdən N.Sayadova çayda balıq ovlayan şəhər sakini Elgin Əlicanov tərəfindən xilas edilərək sahilə çıxarılıb.

İlkin məlumata görə, yeniyetmənin intihara cəhd etməsinə ailə üzvlərinin mobil telefonunu əlindən alması səbəb olub. Məsələ ilə bağlı Mingəçevirdən olan deputat Aydın Mirzəzadə qızın ailəsi və özü ilə danışıb.

KONKRET.az xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə deyib ki, qızın valideynlərinə zəng edib qızın vəziyyəti ilə maraqlanıb, qızın intihara cəhdinin səbəblərini öyrənib.

“Qızın atası işdə olduğundan anası ilə danışdım. Anası bildirdi ki, telefondan çox istifadə etməsinə etiraz etdim. Dedim ki, telefona çox girib, onunla yazışma. Dərsini oxu, təhsil al. Həssas dövrüdür, çalışıram ki, tərbiyəli böyüsün. Ona görə də telefondan uzaq olmasını  istədim. O da bizim bu istəyimizə əsəbləşdi. Dedi ki, indi gör mən nə edəcəm”, – qızın anası  deyib.

Deputatın sözlərinə görə, maraqlanıb ki, qız yaxşı oxuyur, çox tərbiyəli uşaqdır.

“Sadəcə, həssas dövrüdür. 14 yaşı var. Bu dövr istər qız, istərsə də oğlan üçün həssas bir dövrdür. O da valideynlərinin  dediklərindən əsəbləşərək belə bir addım atıb. Amma xoşbəxtlikdən hər şey yaxşı qurtarıb. Balıqçı onu xilas edib.

Qızın özü ilə də danışdım. Dedi ki, hər şey qaydasındadır. Sadəcə, emosiyalarına hakim kəsilməyib, əsəbləşib belə yanlışlığa yol verib. Bildirdim ki, valideynlərinin sözünə qulaq asıb, yaxşı təhsil alsın. Ona söz verdim ki, Mingəçevirə gələndə mütləq onunla görüşəcəm. Gedəndə evlərinə gedib, görüşüb, bir daha söhbətləşəcəyəm”./Ölkə.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*