Ən acıdil və kobud bürclərin SİYAHISIbackend

Ən acıdil və kobud bürclərin SİYAHISI

Ən sakit insanın belə əsəbiləşdiyi anlar olur. Amma bəzi bürclər var ki, onların xarakterində qəzəb və kobudluq daim gizli şəkildə mövcuddur. Onları incitmək, qarşısını kəsmək və ya sözlərlə üzərinə getmək çox risklidir. Çünki bu bürclər ən kiçik mübahisədə belə kəskin sözlərdən çəkinmirlər və əks tərəfi incitməyi bacarırlar. Xüsusilə də istədikləri alınmadıqda və ya kiminsə onlara sərhəd qoymağa çalışdığını hiss etdikdə, əsəbi tərəfləri üzə çıxır.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bu yazıda ən kobud və acıdil bürclərin siyahısını təqdim edir:

Əqrəb
Bu siyahının zirvəsində məhz Əqrəb dayanır. Onları əsəbiləşdirmək böyük səhvdir. Əqrəblər heç vaxt susub keçməz, münasibətlərdə kəskin və aqressiv yanaşmaları ilə diqqət çəkərlər. Söz mübahisəsinə girmək isə demək olar ki, mənasızdır – çünki Əqrəblər hər dəfə üstün gəlirlər.

Buğa
Xaricdən olduqca təmkinli görünsələr də, Buğaların inadkarlığı tez bir zamanda sərt münasibətə çevrilə bilir. İstədiklərinə çatmaq yolunda qarşılarına maneələr çıxanda, həmçinin ac qaldıqları vaxt onların kobud tərəfi üzə çıxır.

Qoç
Qoç bürcü isə heç kimə boyun əymir. Onlar yalnız öz qaydaları ilə yaşayır və başqasının nəzarətinə dözmürlər. Əgər kimsə onlara yol göstərməyə çalışsa, dərhal ən qəzəbli tərəflərini ortaya qoyurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*