Böyük Britaniyanın məşhur WhatCar nəşri 2025-ci ilin ən etibarsız avtomobillərinin siyahısını açıqlayıb.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, siyahı avtomobil sahibləri arasında aparılan geniş sorğuların nəticəsinə əsaslanıb.
Araşdırmaya görə, Nissan Juke hazırkı nəsli ilə ən problemli avtomobil adını qazanıb. Modelin etibarlılığı cəmi 55,2% qiymətləndirilib. Ən çox nasazlıqlar batareya, mühərrik və əyləc sistemində müşahidə olunub.
İkinci yerdə Volkswagen Tiguan qərarlaşıb. Onun etibarlılığı 64,2% səviyyəsində qiymətləndirilib. Maşında əyləc sistemi, multimedia və elektronika ilə bağlı problemlər tez-tez qeydə alınır.
Üçüncü pillədə isə Kia Sportage-ın əvvəlki nəsli qərarlaşıb. Onun etibarlılıq göstəricisi 72,9% olub. Modeldə mühərrik, sürətlər qutusu və əyləc sistemində nasazlıqlar daha çox rast gəlinir.
Siyahıya həmçinin Mazda CX-60, Mercedes-Benz C-Class, Volvo S90, Audi Q7, Volkswagen ID.4, Hyundai Ioniq Electric və Renault Austral daxildir.