backend

Ən sürətli iqtisadi artımın gözləndiyi ölkənin adı açıqlanıb

Beynəlxalq Valyuta Fondu (İMF) ən sürətli iqtisadi artımın gözləndiyi ölkənin adını açıqlayıb.

KONKRET.azBloobmerg”ə istinadən xəbər verir ki, 2020-ci ildə Qayana Kooperativ Respublikasında 86 faizlik (hazırda 4,4 faizdir) iqtisadi artım olacaq ki, bu da Çinə dair proqnoza nisbətən 14 dəfə çoxdur.

İMF ekspertlərinin fikrincə, belə sürətli artımı şərtləndirən mühüm amil “Exxon Mobil” şirkəti tərəfindən sahil zolağında neft yataqlarının kəşfidir. Belə ki, şirkətə görə, 2025-ci ilədək Qayananın gündəlik neft hasilatı azı 750 min barel təşkil edəcək.

Əhalisi 780 min olan Qayananın hazırda 4 milyard ABŞ dolları olan ÜDM-i 2024-cü ildə 15 milyard dollar səviyyəsinə qalxacağı ehtimal olunur. Neft sektorunun iqtisadiyyatdakı payı isə 40 faiz olacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*