Ən təhlükəli tarixlər hansılardır?backend

Ən təhlükəli tarixlər hansılardır?

Maqnit qasırğaları insanların sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Elə isə yayın ilk ayında meteohəssas insanları nə gözləyir?

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, meteoroloqların fikrincə, iyun ayında Günəşdə çoxlu maqnit qasırğaları olacaq və onların da təsiri Yerdə hiss ediləcək. Bu qasırğalar ayın əvvəlində, ortasında və sonunda müxtəlif intensivlikdə olacaq.

– Güclü maqnit qasırğası: 18-21 iyun.

– Orta maqnit qasırğası: 2, 18-20, 28 may.

– Zəif maqnit qasırğası: 2-4 iyun, 27-30 iyun.

Bəs maqnit qasırğalarının təsirini necə minimuma endirmək olar? Artan geomaqnit aktivliyi günlərinə daha asan dözmək üçün tövsiyə olunur:

– Yuxu rejiminə riayət etmək: Adekvat istirahət bədənə stresin öhdəsindən gəlməyə kömək edəcək;

– Daha çox su içmək: Bu maddələr mübadiləsini normallaşdırmağa kömək edəcək;

– Stresi məhdudlaşdırmaq: Həddindən artıq emosional yükdən qaçmaq vacibdir;

– Spirt və kofeindən imtina etmək: Onlar baş ağrılarını və təzyiqi artıra bilər;

– Təmiz havada daha çox gəzmək: Fiziki fəaliyyət həm də emosional vəziyyəti sabitləşdirməyə kömək edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*