Ər hamilə arvadını döydü, yarımçıq doğulan uşaq öldübackend

Ər hamilə arvadını döydü, yarımçıq doğulan uşaq öldü

Sabirabad rayonunda əri tərəfindən döyülən hamilə qadın erkən doğuş həyata keçirib. 

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Axtaçı-Muğan kəndində baş verib.

Həmin kənddə yaşayan və hamiləliyin 30-cu həftəsində olan 2001-ci il təvəllüdlü A.H. noyabrın 28-də axşam saatlarında əri Vüsal Hüseynov tərəfindən döyülüb. Nəticədə qadın aldığı xəsarətlər səbəbindən bir neçə saat sonra yarımçıq qız uşağı dünyaya gətirib. Vaxtından qabaq doğulan körpə dekabrın 4-də xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*