ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Vaşinqtona səfər edəcəyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə qəbul etməkdən məmnunam. Biz Prezidentlə bir çox ticarət və müdafiə sazişləri üzərində işləyirik.
O cümlədən böyük Boeing təyyarəsi alqı-satqısı, mühüm F-16 sövdələşməsi və F-35 proqramı ilə bağlı danışıqların davam etdirilməsi və müsbət nəticələnməsini gözləyirik”, – deyə Tramp bildirib.