Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə getdibackend

Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər üçün şəxsi təyyarə ilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedib.

KONKRET.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Prezident Ərdoğanı Esenboğa hava limanında Ankara valisi Vasip Şahin və əlaqədar rəsmilər yola salıblar.

Qeyd olunub ki, Ərdoğan ilə birlikdə xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Fahrettin Koca, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və Ticarət Naziri Ömər Bolat da BƏƏ-yə səfər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*