“Ərdoğan bu halda seçkini böyük fərqlə qazanacaq”  – “The Politico” nəşribackend

“Ərdoğan bu halda seçkini böyük fərqlə qazanacaq” - “The Politiconəşri

Daha öncə mayın 14-də Türkiydə keçirilən prezident seçkilərini “2023-cü ilin ən mühüm seçkisi” kimi qiymətləndirən “The Politico” nəşri bu dəfə “Qərb Ərdoğanla yaşamağı öyrənməlidir” başlıqlı məqalə ilə oxucularının qarşısına çıxıb. 

KONKRET.az xəbər verir ki, ABŞ-ın nüfuzlu nəşrlərindən hesab olunan “The Politico” Türkiyədə ikinci turla davam edəcək prezident seçkilərində kimin qalib gələcəyini açıqlayıb.

ABŞ nəşri ilk turda 49,5 faiz səs toplayan Rəcəb Tayyib Ərdoğanla bağlı “külək arxasındadır” ifadəsini işlədib.

Nəşrin proqnozuna görə, Sinan Oğanın səslərinin çox cüzi bir hissəsi Ərdoğana yönələrsə, Türkiyənin hazırkı lideri seçkini böyük fərqlə qazana bilər.

“Politico” yazır ki, ilk turdakı nəticələr müxalifətin gözlədiyindən xeyli aşağı olub.

“Anketlərdə Ərdoğanın Kılıçdaroğlundan geri qaldığı iddia edilsə də, 14 may seçkiləri Ərdoğanın gücünün düzgün qiymətləndirmədiyini ortaya çıxardı”- deyə “Politico” yazıb.//AzPolitika.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*