“Türkiyə silahlı qüvvələrini gücləndirməkdə güzəştə getməyəcək və bölgədə baş verənləri nəzərə alaraq güclü olmalıdır”.
KONKRET.az xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Almaniyadan qayıdanda təyyarəsində türkiyəli jurnalistlərə müsahibəsində deyib.
“Hazırda pilotsuz döyüş təyyarələri bizim ən güclü inkişaf sahəmizdir. Bundan əlavə, biz Hərbi Dəniz Qüvvələri baxımından yaxşı mövqe tutmuşuq. Quru qoşunlarında da yaxşıyıq. Hazırda biz NATO ölkələri arasında quru qoşunlarının sayına görə beşinci yerdəyik. Xüsusi təyinatlı qüvvələrimiz xüsusilə yüksək səviyyədədir. Biz bu məsələlərdə güzəştə gedə bilmərik. Ölkəmiz gələcəkdə, haqqında danışdığımız türk əsrində daha güclü olmağa hazırlaşır. Bölgədə baş verən hadisələri görürsünüz. Ona görə də biz çox güclü olmalıyıq”, – deyə Ərdoğan bildirib.
İlkanə Şəvəqqətli,
KONKRET.az