“Ərdoğan güzəştə getmir” – Alman ekspertdən şok iddiabackend

“Ərdoğan güzəştə getmir” – Alman ekspertdən ŞOK İDDİA

“Bölgədə güc tarazlığı dəyişib, Avropa Birliyi bir çox sahədə Türkiyə ilə əməkdaşlıq etməyə məcburdur”.

KONKRET.az xəbər verir ki, bunu alman siyasi ekspert Günter Şufert deyib.

“Güc tarazlığı dəyişib, Avropa Birliyi bir çox sahədə Türkiyə ilə əməkdaşlığa məcburdur. Ərdoğan siyasətini yumşaltmasa da, Avropa Birliyi ard-arda güzəştə gedir”, – ekspert bildirib.

Şufertə görə, Türkiyə yeni dünya düzənində fürsətlərdən çox yaxşı şəkildə istifadə bilir: “Türkiyə bu fürsətlərdən mövqeyini daha da gücləndirmək üçün istifadə edir. Bu səbəbdən özünə çox güvənir, ordusunu daha çox silahlandırır”. teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*