“Rəsmi Ankara 1 milyon ton Rusiya taxılının Afrika ölkələrinə çatdırılması üçün Moskva ilə birgə çalışmaq niyyətindədir”.
KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ehtiyacı olan Afrika ölkələrinə daha çox taxıl göndərilməlidir”, – deyə Türkiyə lideri bildirib.
Ərdoğan qeyd edib ki, rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan sonra Afrika ölkələrinə bir milyon ton taxılın tədarükü planlaşdırılır.
Dövlət başçısı Putinə bu həcmin daha da artırılmasını təklif edib.