Ərdoğan Putinə Zelenski ilə görüşü Türkiyədə keçirməyi TƏKLİF ETDİbackend

Ərdoğan Putinə Zelenski ilə görüşü Türkiyədə keçirməyi TƏKLİF ETDİ

Ərdoğan Putinə Zelenski ilə görüşünü Türkiyədə keçirməyi təklif edib

KONKRET.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putini ukraynalı həmkarı Vladimir Zelenski ilə Türkiyə ərazisində görüş keçirməyə dəvət etdiyini bildirib.

“Mən bir daha cənab Putinə xatırlatdım ki, biz onun cənab Zelenski ilə görüşünü təşkil edə bilərik. Regional və qlobal sülhə töhfə vermək üçün Qara dəniz qonşumuz Rusiya ilə bütün sahələrdə dialoqumuzu inkişaf etdirməyə davam edəcəyik”, – Ərdoğanın deyib.

O, Ukrayna böhranının danışıqlar masası arxasında həll olunacağına əminliyini ifadə edib.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Putin və Ərdoğan avqustun 5-də Soçidə keçirilən görüşdə Rusiya və Türkiyə arasında bütün münasibətlər kompleksinin inkişafından danışıblar.

Tərəflər, həmçinin beynəlxalq sabitliyə nail olmaq üçün səmimi və etibarlı münasibətlərin əsas əhəmiyyətini vurğuladılar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*