Taxıl müqaviləsini canlandırmaq üçün lazım olan konkret şərtlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreş arasında planlaşdırılan danışıqların gündəliyində olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə TASS- a Ankaradakı diplomatik mənbə məlumat verib .
“Dünən BMT-nin baş katibi taxıl məsələsi ilə bağlı Türkiyə prezidenti ilə görüşlər planlaşdırdığını açıqladı. Yadınızdadır ki, prezidentimiz əvvəllər taxıl dəhlizinin canlandırılması üçün şərtlərin yerinə yetirilməsi və BMT ilə əməkdaşlığın davam etdirilməsi barədə danışmışdı. “Biz gözləyirik ki, ABŞ-dakı görüşdə sövdələşmənin effektiv və sürətli bərpası üçün konkret şərtlər müzakirə olunacaq”, – məlumatda bildirilib.
Qeyd edilir ki, Ankara BMT-dən taxıl sazişi kontekstində Rusiya ilə bağlı təkliflərin yekunlaşdırılmasını xahiş etmək niyyətində olub, görüləcək tədbirləri dəqiqləşdirib. Görüşün gündəliyinə bu razılaşmalarla bağlı Rusiya rəhbərliyinə yeni məktub göndərilməsi daxildir.
Ariz Həsənoğlu,
KONKRET.az