Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Rusiyaya səfər edəcək.
KONKRET.az xəbər verir ki, o, Vladimir Putinin dəvəti ilə oktyabrda Kazanda keçiriləcək BRİCS+ sammitində iştirak edəcək.
Qeyd edək ki, Türkiyə BRİCS-ə üzv olmaq üçün müraciət edib.
Xatırladaq ki, Azərbaycan da rəsmi olaraq BRİCS-ə daxil olmaq üçün müraciət etdiyini açıqlayıb.
Məlik,
KONKRET.az