Ərdoğan Serbiya ilə hərbi əməkdaşlıqdan danışdıbackend

Ərdoğan Serbiya ilə hərbi əməkdaşlıqdan danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya ilə müdafiə sahəsində əməkdaşlıqdan danışıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Ərdoğan pilotsuz uçuş aparatları sahəsinin də genişləndirmək perspektivinə toxunub: “Müdafiə sektorundakı razılaşmalar kontekstində əziz dostum Aleksandar Vucic və mən İHA sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. Təbii ki, pilotsuz təyyarələr atdığımız addımların bir hissəsi olacaq. Bizim və Serbiyanın  imkanı var və biz bunu yüksək qiymətləndirəcəyik. Nazirlərimiz müvafiq işlər görəcək.  Ancaq  qərarları iki siyasi lider verir. Bizdən başqa heç kim Türkiyə ilə Serbiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sahəsinə nələrin daxil edilməli olduğunu müəyyən etməyə çalışmamalıdır”, -deyə Türkiyə lideri vurğulayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*