Ərdoğan səfəri barədə: “Şuşada qardaşım İlham Əliyevlə saziş imzalayacağıq”backend

Ərdoğan səfəri barədə: “Şuşada qardaşım İlham Əliyevlə saziş imzalayacağıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO zirvəsindən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

KONKRET.az “Haber Global”a istinadən məlumat verir ki, o, Azərbaycana gəlmək məsələsinə də toxunub:

“Son görüşümüz Baydenlə olacaq, sonra Azərbaycana gedəcəyik. Bildiyiniz kimi, əvvəlcə Füzuliyə enəcəyik, sonra Şuşada qardaşım İlham Əliyevlə görüşəcəyik və iki ölkə olaraq aramızda saziş imzalayacağıq. Bu, hərtərəfli bir müqavilə olacaq. Azərbaycanda Türkiyə millisinin oyununu birlikdə izləyəcəyik. Daha sonra Antalyada keçiriləcək Cənub-Şərqi Avropa Ölkələri Liderləri Sammitində iştirak edəcəyik. Sonra da inşallah yenidən işimizə başlayacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*