Türkiyə ilə Suriya arasında diplomatik əlaqələrin bərpasına mane olan səbəb yoxdur.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyə bu məsələdə maraqlıdır: “Suriyanın daxili işlərinə qarışmaq istəmirik. Belə bir fikrimiz yoxdur. Çünki Suriya xalqı bizə qardaşdır”.