Ərdoğan vətəndaşları İstanbul Boğazına dəvət etdibackend

Ərdoğan vətəndaşları İstanbul Boğazına dəvət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün vətəndaşları Cümhuriyyətin 100-cü ildönümü qeyd etmələri çərçivəsində İstanbul Boğazında keçiriləcək parada dəvət edib.

KONKRET.az xəbər verir ki, Prezident Ərdoğan bu haqda sosial media hesabında yazıb:

“Cümhuriyyətimizin 100-cü ildönümünün həyəcanını və qürurunu yaşadığımız bu tarixi gündə Boğazda pilotsuz təyyarələr, atəşfəşanlıq və işıq şouları nümayiş etdirəcək, 100 döyüş gəmisi və döyüş təyyarəmizlə möhtəşəm parad keçirəcəyik”.

Ərdoğan yerli saatla 16:00-dan başlayaraq yeddidən yetmişə qədər hər kəsi bayraqları ilə Boğaza dəvət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*