Ərdoğana generallarla bağlı daha bir səlahiyyət verildibackend

Ərdoğana generallarla bağlı daha bir səlahiyyət verildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Silahlı Qüvvələrin komandanları üçün əlavə səlahiyyət verilib.

KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, yeni qanun layihəsinə əsasən, Quru, Hava və Dəniz Qüvvələri komandanlarının təqaüd yaşı 67-dən 72-yə qədər artırıla bilər.

“Sözcü” qəzetinin məlumatına görə, AKP millət vəkilləri tərəfindən Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunan qanun layihəsində prezidentin bu səlahiyyəti bir il müddətinə uzatma hüququ ilə təmin olunur. Bu, əvvəllər yalnız Baş Qərargah rəisi üçün mümkün idi.

Rütbəyə yüksəlmə şərtlərinə də dəyişiklik

Qanun layihəsində general-leytenant və ya vitse-admiral rütbələrinə yüksəlmək üçün tələb olunan qərargah zabiti olmaq şərti də ləğv edilir. Yeni təklifə əsasən, namizədlər hərbi akademiyaları uğurla başa vurmaqla yanaşı, sahə üzrə (məsələn, döyüş generalı, göyərtə admiralı və ya pilot general) təcrübəyə malik olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*