Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şimali Kiprdə keçirilən rəsmi mərasimdə – 20 iyul Sülh və Azadlıq Günü münasibətilə çıxış edib.
KONKRET.az xəbər verir ki, Ərdoğan çıxışında qeyd edib ki, Şimali Kipr Türk Respublikası artıq Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda təmsil olunur.
“Son olaraq, İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən sammitində Şimali Kipr Türk Respublikasının bayrağı digər ölkələrin bayraqları ilə yanaşı qürurla dalğalanırdı. Bu münasibətlə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Azərbaycan xalqına Kipr uğrunda mübarizəmizə göstərdikləri dəstəyə görə bir daha təşəkkür edirəm”, – deyə Türkiyə lideri bildirib.
Ərdoğanın bu açıqlaması Azərbaycan–Türkiyə qardaşlığının daha bir göstəricisi kimi dəyərləndirilir.
Natiq Səlim,
KONKRET.az