Ərdoğandan növbəti Qarabağ AÇIQLAMASIbackend

Ərdoğandan növbəti Qarabağ AÇIQLAMASI

“Türkiyə eynilə bir əsr əvvəl Nuri Paşa rəhbərliyindəki Qafqaz İslam Ordusunun etdiyi kimi tarixi bir dönüm nöqtəsində azərbaycanlı qardaşlarının yanında yer alıb”.

KONKRET.az xəbər verir ki, “Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Azərbaycanlı qardaşlarımız ölkəmizin də dəstəyi ilə 44 gün davam edən Vətən müharibəsini, həmd olsun, şərəfli bir zəfərlə taclandırıb. 30 ildir işğalda saxlanılan Azərbaycan torpaqları xilas edilmiş, Dağlıq Qarabağın vətən həsrəti sona çatmışdır. Hər anı qəhrəmanlıqlarla dolu 44 günlük bir savaşın ardından qazanılan zəfər hərbi, diplomatik və siyası baxımdan çox böyük anlamlar daşıyır.

Qarabağ artıq donmuş münaqişə deyil, haqqın batilə qalib gəlməsi nəticəsində qazanılmış şanlı bir zəfəri ifadə edir. Şəhidlərimizin fədakarlığının rəmzi olan Azərbaycan bayrağı 30 ildən sonra Qarabağda qürurla dalğalanır. Laçından Şuşaya, Füzulidən Kəlbəcərə qədər bütün Qarabağ səmasını əzan bəzəyir.

Dağlıq Qarabağın xilası ilə Qarabağda yeni bir dövrün qapıları aralanıb. İnşallah bundan sonra bölgədə mərkəzində atışma yerinə sülhün, gərginlik yerinə əməkdaşlığın, münaqişə yerinə yaxşı qonşuluq münasibətlərinin olduğu yeni bir status-kvo qurulacaqdır. Qardaşım İlham Əliyevin dəvəti əsasında həyata keçirdiyimiz Azərbaycan ziyarəti bu baxımlar çox önəmli mesajlar ehtiva edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*